Ukraynanın üzvlüyü ilə bağlı NATO-da konsensus yoxdur - baş katib


Ukraynanın alyansa daxil olması ilə bağlı NATO üzvləri arasında konsensus yoxdur.


"Ria Novosti" xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

“Biz konsensus əldə etdikdən sonra Ukrayna NATO-ya üzv olacaq. Səs çoxluğu kifayət deyil, biz yekdilliklə qərar qəbul etməliyik”, - deyən baş katib əlavə edib ki, Ukraynanın qoşulması üçün münaqişənin bitdiyinə və dayandırılmadığına əmin olmaq lazımdır.

Bundan əvvəl Stoltenberq Ukrayna F-16 pilotlarını NATO Hərbi Hava Qüvvələrinin bir hissəsi adlandırmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu