İtaliyanın keçmiş Baş Qərargah rəisi evində ölü tapılıb


İtaliyanın keçmiş Baş Qərargah rəisi, həm də hərbi gəmilər istehsal edən “Fincantieri” şirkətinin prezidenti Klaudio Qraziano evində ölü tapılıb.


İtaliyanın ANSA agentliyinin xəbərində 70 yaşlı Qrazianonun bu səhər Romadakı evində mühafizəçisi tərəfindən ölü tapıldığı bildirilib.

Qeyd olunub ki, bir müddət əvvəl həyat yoldaşını itirən Qraziano intihar etmiş ola bilər. Onun ölüm səbəbi ilə bağlı araşdırmalar davam edir.

Xəbərdə Qrazianonun ölüm xəbərindən sonra birjada satılan İtaliyanın dövlət şirkəti "Fincantieri" səhmlərinin yüzdə 3 civarında dəyər itirdiyi bildirilib.

Ordunun aparıcı zabitlərindən biri kimi qəbul edilən Qraziano əvvəllər İtaliya ordusunun Livan, Əfqanıstan və İraqda iştirak etdiyi müxtəlif beynəlxalq missiyalarda vəzifələr icra edib.

2011-2015-ci illərdə İtaliya Quru Qoşunlarının komandanı vəzifəsini icra edən Qraziano 2015-2018-ci illərdə Baş Qərargah rəisi olub. Qraziano 2018-2022-ci illərdə Aİ Hərbi Komitəsinin sədri vəzifəsində çalışıb.

Qraziano 2022-ci ildən kruiz gəmiləri və hərbi gəmilər istehsal edən İtaliyanın dövlət şirkəti "Fincantieri"nin prezidenti idi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu