Rusiyada təcridxanada 2 əməkdaşı girov götürənlər zərərsizləşdirilib


Rusiyanın Rostov vilayətindəki təcridxanada 2 əməkdaşı girov götürən şübhəlilər zərərsizləşdirilib.


Rusiya Federal Penitensiar Xidmətinin (FSIN) verdiyi açıqlamaya görə, Rostov vilayətindəki təcridxanada girovların xilas edilməsi üçün əməliyyat təşkil edilib.

Açıqlamada "Əməliyyat zamanı əməkdaşları girov götürən cinayətkarlar zərərsizləşdirilib. Girov götürülən işçilər xəsarət almadan xilas edilib" - deyə bildirilir.

FSIN Rostov vilayətindəki təcridxanada bəzi şübhəlilərin bu gün mərkəzin 2 əməkdaşını girov götürdüyünü bildirib.

Aksiyanın təşkilatçılarının terror aktında iştirakda və İŞID terror təşkilatına bağlı olmaqda ittiham olunduğu, hadisədə 5-dən çox şübhəlinin əli olduğu bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu