HƏMAS Qəzzaya humanitar yardımı artırmağa çağırır

HƏMAS İsrailin təxminən 9 aya yaxındır Qəzza zolağına qarşı "soyqırım" hücumları qarşısında Fələstin xalqına yardım səylərini gücləndirməyə çağırıb.
Bu barədə HƏMAS-dan Qurban bayramı ilə bağlı verilən açıqlamada qeyd edilib.
Bəyanatda “İsrail tərəfindən həyata keçirilən etnik təmizləmə və soyqırım hücumlarına qarşı Fələstin xalqına humanitar yardım səylərinin gücləndirilməsi”nə çağırış edilib.