Putindən Ukraynaya çağırış: Danışıqlara başlaya bilərik
Rusiya prezidenti Vladimir Putin bildirib ki, Ukrayna Donetsk, Luqansk, Xerson və Zaporojyadan qoşunlarını çıxarsa və NATO-ya üzv olmaq istəyindən əl çəkərsə, danışıqlara başlaya bilərlər.
Putin, "Biz bu gün yenidən Ukraynaya əsl sülh təklifi veririk. Biz müvəqqəti atəşkəs yaratmağı və ya məsələni dondurmağı deyil, münaqişəyə son verməyi təklif edirik" deyib.