"Borussiya Dortmund" Edin Terziçlə yollarını ayırdı
Çempionlar Liqasının finalında çıxış edən "Borussiya Dortmund" klubu baş məşqçisi Edin Terziçlə yollarını ayırdıqlarını açıqlayıb.
Almaniya nəhəngi "Borussiya Dortmund"da şok hadisə yaşanıb. Klub komandanı Çempionlar Liqasının finalına çıxaran baş məşqçi Edin Terziçlə yollarını ayırıb.
Məlum olub ki, xorvat əsilli alman məşqçi müqaviləsinin dərhal ləğvini istəyib və Dortmund da lazım olanı edib.