"Xaliq Faiqoğlu" cərimələnə bilər - Hansı qaydanı pozub?


"Xaliq Faiqoğlu" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan (İcbari sığorta müqaviləsinin bağlanmaması) inzibati xəta protokolu tərtib olunub.


Protokol İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə əsasən, "İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə, fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat məbləğində, hüquqi şəxslər 300 manat məbləğində cərimə edilir.

Qeyd:

1. Şəxs bu maddədə nəzərdə tutulmuş icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur.

2. Bu Məcəllənin 469.3-cü maddəsində nəzərdə tutulmuş xəta foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, bu "Qeyd”in 1-ci bəndində göstərilən müddət həmin xətanın aşkarlandığı gündən hesablanır.

İş Binəqədi Rayon Məhkəməsinin hakimiAynurə Sadıqovanın icraatındadır.

Qeyd edək ki, Bakı şəhərində sərnişindaşıma xidməti göstərən və paytaxtın ən böyük özəl daşıyıcı şirkəti olan "Xaliq Faiqoğlu” MMC-nin rəhbəri Faiq Seyidovdur.

Qaynarinfo



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu