İsrail Qəzzaya hücumlara son qoymağa razılıq verdiyi xəbərini təkzib edib


İsrail məhbus mübadiləsi razılaşmasının bir hissəsi olaraq Qəzzada hücumlara son qoymağa razılıq verdiyi xəbərini təkzib edib.



İsrail baş nazirliyindən verilən açıqlamada, Kanal 12 televiziyasının İsrailin keçən ay Həmas-a təqdim etdiyi məhbus mübadiləsi razılaşması təklifi ilə bağlı xəbərlərinin natamam və ictimaiyyəti yanıltıcı olduğu bildirilib.

Açıqlamada İsrailin bütün məqsədlərinə çatmada” Qəzzaya hücumlarını dayandırmağa razı olduğu iddiasının tam yalan olduğu bildirilib.

Qeyd edək ki, Kanal 12 televiziyasının xəbərində İsrailin Qəzzaya hücumlarını daimi olaraq dayandırmaq təklifi verdiyi iddia edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu