İsrailin Hərbi Kabinetinin üzvü istefa verdiyini açıqlayıb


İsrailin Hərbi Nazirlər Kabinetinin üzvü Benni Qantz İsrailin Qəzza zolağına qarşı soyqırım müharibəsinin 8-ci ayında baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi fövqəladə hökumətdən istefa verdiyini açıqlayıb.

Gantz bu barədə qərarını mətbuat konfransında açıqlayıb. Netanyahunun İsrailin həqiqi qələbəyə doğru irəliləməsinə mane olduğunu iddia edən Gantz, baş nazirin siyasi mülahizələrə əsaslanaraq qərarlar verdiyini bildirib.

Gantz Netanyahunu mümkün qədər tez erkən seçkilərə çağırıb və müdafiə naziri Yoav Gallantı hökumətdən çəkilməyə dəvət edib.

O, ABŞ prezidenti Co Baydenin irəli sürdüyü məhbus mübadiləsi təklifini dəstəklədiyini bildirərək, Netanyahudan bu razılaşmaya nail olmaq üçün cəsarətli olmasını istəyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu