İsrailin Müharibə Kabinetinin üzvü ictimaiyyətin etimadını qaytarmaq üçün seçkilərə çağırıb


İsrailin Hərbi Nazirlər Kabinetinin üzvü və keçmiş Baş Qərargah rəisi Qadi Eisenkot deyib ki, ölkədə baş nazir Binyamin Netanyahuya qarşı tənqidlər artdığı üçün xalqın etimadını qaytarmaq məqsədilə yaxın aylarda seçkilər keçirilməlidir.


Keçən ay Qəzza zolağına edilən hücumlar zamanı oğlu öldürülən Eisenkot "Kanal 12" televiziyasında qatıldığı proqramda "İsrailli seçicilərin etimadı bərpa etmək üçün sandıq başına qayıtması və seçki keçirilməsi lazımdır" - deyə bildirib. Onun fikrincə, hazırda xalq rəhbərliyə etimad göstərmir.

Netanyahu hökumətinin oktyabrın 7-də və sonrasında uğursuzluğa düçar olduğunu deyən Eisenkot, "Bizi pis şəkildə uğursuzluğa düçar edən bir hökumətlə bundan sonra yolumuza necə davam edə bilərik?" - deyə sual edib.

Netanyahunun "Qəzzada müharibə davam edərkən keçiriləcək seçkilərin ölkəyə zərəri olacaq" iddiası ilə bağlı sualı cavablandıran Eisenkot bildirib ki, İsrail xalqının öz hökumətinə güvənməməsi daha az ciddi deyil.

Milli Birlik Partiyasının üzvü olan Eisenkot oktyabrın 7-dən sonra yaradılan Hərbi Nazirlər Kabinetinin üzvlərindən biri kimi kabinetə daxil olub.

Vaşinqton administrasiyasının Netanyahudan sonrakı dövrə hazırlıq məqsədilə digər İsrail liderləri ilə görüşlər keçirdiyinə dair xəbərlər ABŞ mediasında yer alıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu