"Starship" prototipinə malik daşıyıcı raket ABŞ-dakı kosmodromdan buraxılıb


İlon Maska məxsus "SpaceX" dördüncü sınaq orbital buraxılışının bir hissəsi olaraq "Starship" kosmik gəmisinin prototipini daşıyan daşıyıcı raketi buraxıb.


AFN.az xəbər verir ki, proses canlı yayımla X sosial platformasında nümayiş etdirilib.

Buraxılış Boka Çikadakı kosmodromun buraxılış meydançasından həyata keçirilib, o, yerli vaxtla saat 07:52-də baş tutub. Plana görə, gəmi Hind okeanına sıçramalıdır.

"Super Heavy" gücləndiricisi artıq Meksika körfəzinə düşüb. Gələcəkdə "SpaceX" onun təkrar istifadə oluna biləcəyini gözləyir, lakin bu buraxılışın bir hissəsi olaraq "Super Heavy"ni sonrakı uçuşlar üçün saxlamaq niyyətində deyil. Bu, gücləndiricinin ilk uğurlu sıçramasıdır.

"Starship" prototipini aşağı Yer orbitinə çıxarmaq üçün əvvəlki üç cəhd uğursuzluqla başa çatıb. Onlardan sonuncusu 2024-cü ilin martında baş tutub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu