Ağ Ev Baydenin vəziyyəti ilə bağlı məqaləni tənqid edib


"Amerika mediası, o cümlədən "The Wall Street Journal" (WSJ) ABŞ prezidenti Co Baydeni və onun ölkə tarixindəki rolunu pisləmək, Respublikaçılar Partiyasının onun pis vəziyyəti ilə bağlı ritorikasını təkrarlamaq istəyir".


"Axios" xəbər verir ki, bunu Ağ Evin sözçüsü Endryu Beyts prezidentin səhhətindəki problemlər barədə WSJ-nin məqaləsinə cavab olaraq bildirib.

“The Wall Street Journal"ın Konqresdəki Respublikaçıların "Fox News"da illərdir səsləndirdikləri eyni yalan iddiaları təkrarlaması bir az təəccüblüdür. Bu həm də onu deməyə əsas verir ki, bunlar bu hekayədə prezidenti ləkələmək istəyən insanlardır”, - deyə administrasiya rəsmisi bildirib.

Nəşrin müsahibə aldığı 45 nəfərdən yalnız ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri Kevin Makkartinin Amerika liderinin idrak qabiliyyətləri barədə açıq şəkildə danışması Ağ Evdə etiraza səbəb olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu