İsrailin hücumları səbəbindən Rəfahda mobil telefon əlaqəsi kəsilib


Fələstinin "Paltel" telekommunikasiya şirkəti Qəzzanın cənubundakı Rəfah şəhərində mobil telefon xidmətinin kəsildiyini bildirib.



Məsələ ilə bağlı "Paltel"dən açıqlama verilib.

Açıqlamada "İsrailin davam edən hücumları səbəbiylə Rəfahda mobil telefon xidmətinin kəsildiyini təəssüflə bildiririk. Komandalarımız xidməti ən qısa zamanda bərpa etmək üçün çalışır" bildirilib.

Qeyd edək ki, İsrailin hücumları səbəbindən Qəzzanın bir çox yerində bütün telekommunikasiya xidmətləri (mobil telefon, stasionar və internet) dəfələrlə kəsilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu