Qəzzanın şimalında internet xidməti kəsilib
Fələstinin telekommunikasiya şirkətlərindən biri olan "Paltel Group" İsrailin hücumları altında olan Qəzza zolağının şimalında internetə çıxışın kəsildiyini açıqlayıb.
Fələstinin telekommunikasiya şirkətlərindən "Paltel Group"dan verilən açıqlamada İsrailin davam edən hücumlarının rabitəyə təsir etdiyi bildirilib.
Açıqlamada hücumlar səbəbilə Qəzza şəhəri və şimal bölgələrində sabit internet xidmətlərinin kəsildiyi və qrupların girişi bərpa etmək üçün işlərini davam etdirdiyi bildirilib.