Fransa Ukraynaya hərbi təlimatçıları tezliklə göndərə bilər
Fransanın Ukraynaya hərbi təlimatçılar göndərməsi tezliklə reallaşa bilər.
AFN.az xəbər verir ki, bu barədə diplomatik mənbələrə istinadən "Reuters" məlumat yayıb. Agentliyin bildirdiyinə görə, Fransa hakimiyyətinin gələn həftə Ukraynaya təlimatçılar göndərmək qərarı verəcəyi gözlənilir.
Xatırladaq ki, Ukraynanın Baş Qərargah rəisi Oleksandr Sirskiy bir neçə gün əvvəl Fransanın Ukraynaya əsgər yetişdirmək üçün təlimatçılar göndərəcəyini açıqlayıb. Sirskiy Ukraynanın müdafiə naziri Rustem Umerovla Fransanın müdafiə naziri Sebastien Lecornun videokonfrans vasitəsilə görüşü zamanı bu məsələnin müzakirə edildiyini bildirmişdi.