Maskın şirkətləri üçün çətin dövr
Milyarder İlon Maska məxsus "Tesla"dakı problemlər onun digər bizneslərinin sabitliyini təhdid edir.
AFN.az xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.
Agentliyin qeyd etdiyi kimi, avtomobil istehsal edən şirkət durğunluq içindədir, ixtisarlar davam edir və işçilərin əhval-ruhiyyəsi sarsılır. "Bundan əlavə, şirkətin səhmləri düşür, satışlar artmır - bəzi investorlar şirkətə "ağılsız lider"in rəhbərlik etdiyinə inanırlar" - deyə "Bloomberg" xəbər verir.
"Bloomberg"in materialında qeyd edilir ki, əvvəllər bütün təşkilatların işləri yaxşı olanda investorlar bütün şirkətlərə bir nəfərin rəhbərlik etməsi ilə bağlı mümkün çətinliklərdən narahat deyildilər.