KİV: G7 ölkələrinin yenidən silahlanması üçün 10 ilə 10 trilyon dollardan çox vəsait lazımdır


Yeddilik Qrupu (G7) ölkələrinin cari yenidən silahlanma planlarını həyata keçirmək üçün növbəti on il ərzində 10 trilyon dollardan çox vəsaitə ehtiyacı olacaq.


AFN.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyinin materialında deyilir.

Məqalədə qeyd edilir ki, bu, hərbi xərclərin ÜDM-in 4%-i səviyyəsində soyuq müharibə həddinə qədər artması demək olacaq. "Bloomberg" yazır ki, qlobal müdafiə xərcləri 2023-cü ildə 2,2 trilyon dollara çatsa da, bəzi Avropa ölkələri yenidən silahlanma haqqında düşünməyə başlayıblar.

Agentliyin qeyd etdiyi kimi, böyük xərclər vergilər, sosial təminat və dövlət borcları ilə bağlı “sərt qərarlar”la müşayiət olunacaq. Agentliyin analitiki Cennifer Uelç deyib: “Bu, çox güman ki, müdafiə şirkətlərinin, hökumət maliyyələrinin və maliyyə bazarlarının transformasiyasına gətirib çıxaracaq”.

Onun sözlərinə görə, iqtisadi cəhətdən zəif olan Qərb ölkələri “borcları artırmaq, büdcənin digər maddələri üzrə xərcləri azaltmaq və vergiləri artırmaq arasında ağrılı seçimlər etməli olacaqlar. Bununla belə, ABŞ iqtisadiyyatı dövlət maliyyəsi sahəsində də müəyyən çətinliklərlə üzləşir.

"Bloomberg" analitikləri qeyd edirlər ki, Qərb ölkələrinin müdafiə xərclərini artırmaq istəyi ilk növbədə cari münaqişələr, eləcə də Çindən gələn təhlükə ilə bağlıdır. Eyni zamanda agentlik qeyd edib ki, hazırda dünyanın bir çox ölkələrində, o cümlədən Asiya ölkələrində silah qiymətlərində artım müşahidə olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu