Şimali Koreyanın peyk buraxma cəhdi uğursuz oldu


Şimali Koreya raket daşıyıcısının havada partlaması səbəbindən kəşfiyyat peykini orbitə çıxarmaq cəhdinin uğursuzluğa düçar olduğunu açıqlayıb.


Şimali Koreyanın rəsmi mətbuatında yer alan xəbərlərə görə, Milli Aeronavtika və Kosmik Texnologiyalar İdarəsi (NATA) “Malligyong-1-1” adlı kəşfiyyat peykinin buraxılış sınağını həyata keçirdiyi bildirilib.

Şimali Phyonqan əyalətindəki Sohae Peyk Atma Sahəsində həyata keçirilən sınaqda yeni hazırlanmış peyk daşıyıcı raketdən istifadə edildiyi və raketin buraxılışdan qısa müddət sonra havada partladığı bildirilib.

İlkin araşdırmalarda qəzanın maye oksigen və benzin mühərrikində yaranan nasazlıq nəticəsində baş verdiyi müəyyən edilib və hadisə ilə bağlı ətraflı araşdırmalara başlanıldığı bildirilib.

Mənbə: İHA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu