Rişi Sunak Netanyahunun həbsi tələbini tənqid edib


Britaniyanın baş naziri Rişi Sunak bildirib ki, Beynəlxalq Cinayət Məhkəməsinin Baş Prokuroru Kərim Xanın İsrailin baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yoav Qallant üçün “həbs orderi” istəməsi Qəzzadakı vəziyyətə kömək etməyəcək.


Rişi Sunak İngiltərə parlamentində keçirilən həftəlik "Baş nazirə suallar" iclasında deputatların suallarını cavablandırıb.

Həbs qərarı veriləcəyi təqdirdə İngiltərənin sözügedən şəxsləri ölkəyə gəldikləri halda saxlayıb-saxlamayacağı ilə bağlı sualı cavablandıran Sunak, "Hələ bir qərar verilməsə də, bu, Qəzzadakı vəziyyətə kömək edəcək bir proses deyil" - deyə bildirib.

Baş prokuror Kərim Xanın HƏMAS-ın bəzi rəhbərləri üçün bənzər müraciətinə toxunan Sunak, "Qanuni özünümüdafiə hüququndan istifadə edən demokratik yolla seçilmiş bir hökumətlə terror təşkilatının hərəkətləri mənəvi cəhətdən bərabər sayıla bilməz" - kimi dəyərləndirmə edib.

Sunak həmçinin BCM-dəki prosesin münaqişədə humanitar fasilə, məhbusların çıxarılması və yardımların bölgəyə daxil olması üçün faydalı olmayacağını iddia edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu