Çadın müvəqqəti baş naziri stefa verib

Çadda müxalifət lideri və keçid dövrünün baş naziri Succes Masra mayın 6-da keçirilən prezident seçkilərində uduzduğunu qəbul edib və istefa verdiyini açıqlayıb.
Məsra yerli mediaya verdiyi açıqlamada rəqibi, keçid dövrünün prezidenti Məhəmməd İdris Debi İtnonun mayın 6-da keçirilən prezident seçkilərinin qalibi kimi rəsmən təsdiqləndiyini bildirib.
İstefa ərizəsini verdiyini açıqlayan Məsra əvvəl prezident seçkilərində qalib gəldiyini iddia edirdi.