Polis Masallıda vətəndaşları kiberdələduzluq və bank kartlarından oğurluq halları ilə bağlı məlumatlandırdı


Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bankomatların, ödəmə terminallarının ətrafında, mağazalarda, eləcə də əhalinin sıx toplaşdığı digər məkanlarda məlumatverici lövhələr asılıb, sakinlərə broşürlər paylanıb.



Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev məlumat yayıb.

Vətəndaşlara izah olunub ki, heç bir halda bank və digər şəxsi məlumatlar qarşı tərəfə ötürülməməli, kiberdələduzların qurbanı olmamaq üçün tanımadıqları şəxslərdən gələn mesaj və bildirişlər açılmamalıdırlar.

Polis əməkdaşları kibercinayətkarlıqdan zərər görməmək üçün vətəndaşları diqqətli olmağa çağırıblar və bu halla üzləşdikdə dərhal polisə məlumat vermələrini tövsiyə ediblər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu