"Vaşinqton Post": İsrailin Rəfah əməliyyatı ABŞ-ın Yaxın Şərqdə iddialı məqsədlərə çatmasına mane olacaq


İsrailin Qəzza zolağının cənubundakı Rəfah şəhərində genişmiqyaslı hərbi əməliyyatı Fələstinin radikal HƏMAS hərəkatı üzərində qələbəyə zəmanət vermir və ABŞ-ın Yaxın Şərqdə daha geniş məqsədlərə çatmasına mane olacaq.


Bu qiymətləndirməni “The Washington Post” indiki və keçmiş amerikalı rəsmilərə istinadən edib. "Beyden administrasiyası İsrailin müdafiəsinə “sarsılmaz” dəstəyi öhdəsinə götürərək, İsrailin hazırkı strategiyasının sadəcə insan itkisinə və dağıntılara səbəb olacağına, məqsədlərinə çatmayacağına və son nəticədə ABŞ və İsrailin müdafiə cəhdlərinə zərbə vuracağına inanır. Yaxın Şərqdə daha geniş miqyaslı vəzifələri həyata keçirmək lazımdır”, - deyə qəzet yazır.

Nəşr qeyd edir ki, Vaşinqtonun İsrailə silah tədarükünü dayandırmaqla hədələməsi respublikaçılar arasında qəzəb yaradıb, eyni zamanda administrasiya hələ də 600 mindən çox fələstinlinin təxliyə edilməsinə baxmayaraq, İDF-nin Rəfahdakı hərəkətlərini böyük əməliyyat hesab etmir: "ABŞ və İsrail HƏMAS üzərində qələbəni təmin etmək üçün döyüş meydanında taktika və strategiya haqqında razılığa gəlmək üçün həmişəkindən daha uzaqdırlar. ABŞ-ın İsrailin baş naziri Binyamin Netanyahunu Qəzzada müharibənin dayandırılması ilə bağlı mövqe tutmağa inandırmaq şansı getdikcə azalır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu