KİV: ABŞ və Cənubi Koreya avqustda Şimali Koreyaya nüvə zərbəsi endirəcək


Koreya Respublikası və ABŞ silahlı qüvvələri “Ulchi Freedom Shield” təlimində KXDR-ə qarşı nüvə silahından istifadə ssenarisini tətbiq edəcəklər. Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) dərc etdiyi xəbərdə deyilir.


“Avqustda keçiriləcək genişmiqyaslı “Ulchi Freedom Shield” təlimi mövcud vəziyyətə və onun xarakterinə görə artıq “nüvə zərbəsi təlimi” adlandırılır”, - deyə materialda qeyd edilir. KCNA xəbərdarlıq edir ki, bu manevrlər mütərəqqi hərbi texnikanın, o cümlədən strateji aktivlərin yerləşdirilməsini nəzərdə tutur və nüvə müharibəsi planlarının son mərhələsini tam şəkildə həyata keçirmək məqsədi daşıyır.

“Bu təlimlər sübut edir ki, ABŞ-ın təkidli “düşmən niyyəti yoxdur” iddiaları sadəcə bir hiylədir. Respublikamıza qarşı yönəlmiş və cənub sərhədimizdə planlaşdırılan “nüvə zərbəsi” təlimlərinin nə vaxt və necə real hərbi əməliyyatlara çevriləcəyini proqnozlaşdırmaq mümkün olmayan vəziyyət göstərir ki, siz yalnız öz böyük qüvvələrinizə etibar edə bilərsiniz, nəinki düşmənə. Əgər Birləşmiş Ştatlar təxribatlar vasitəsilə “öz əlaltıları ilə birlikdə” KXDR-in iradəsini və gücünü sınamaq istəyirsə, o zaman onlar ilk növbədə “fəlakətli nəticələr” barədə düşünməlidir. Birləşmiş Ştatların bizə qarşı düşmən niyyəinin olub-olmamasını biz bəyanatlarla deyil, hərəkətlərlə müəyyən edəcəyik” - deyə materialda qeyd edilib.

KCNA Britaniya mətbuatına istinadən yazır ki, Birləşmiş Ştatlar nüvə obyektlərini sıradan çıxarmaq üçün nəzərdə tutulmuş 100-ə yaxın raket yerləşdirib. Material müəllifləri hesab edirlər ki, bu raketlər təkcə KXDR-ə qarşı deyil, həm də münaqişə zamanı Rusiya Federasiyası və Çinə qarşı istifadə edilə bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu