Məşhur caz artisti Devid Sanborn xərçəng xəstəliyindən dünyasını dəyişib
2018-ci ildə prostat xərçəngi diaqnozu qoyulan cazın əfsanəvi saksofonçusu Devid Sanborn 78 yaşında dünyasını dəyişib.
Xərçəng xəstəliyinə düçar olan Sanborn 6 dəfə Grammy mükafatı qazanıb və 8 qızıl albom və 1 platin albom rekordu sahibi olub.
Öz albomları ilə yanaşı başqaları üçün də ifa edən Sanborn xüsusilə 1981-ci ildə "Voyeur", 1986-cı ildə "Double Vision" və 1988-ci ildə "Close Up" mahnıları ilə yaddaşlara həkk olunub. Onun adı 2004-cü ildə St.Louise Şöhrət Xiyabanına əlavə edilib.
Musiqi ilə yanaşı kinoda da rol alan Sanborn, Bill Müreyin "Scrooged" və "Magnup PI" filmlərində iştirak edib. Sanborn "Cəhənnəm Silahı" seriyasının 2, 3 və 4-cü filmlərində də çəkilib.
O, 80-90-cı illərdə öz adı ilə prodüserlik etdiyi “The Jazz Show with David Sanborn” adlı radio proqramı ilə də diqqət çəkib.
2018-ci ildə xərçəng xəstəliyinə rəğmən konsertlərini davam etdirən Sanbornun 2025-ci ildə planlaşdırılmış konsertləri var idi.
Sanborn xüsusilə saksofonu rok-n-rolla qaytarmaqda fərqlənirdi.
Mənbə: Haber Global