Şolz: İsrailin Rafaha qurudan hücumu kütləvi mülki itkilərə səbəb ola bilər


Almaniya kansleri Olaf Şolz İsrailin Qəzzanın cənubundakı Rəfah şəhərinə qurudan hücumunu “məsuliyyətsizlik" adlandırıb və qeyd edib ki, bu, geniş mülki itkilərə səbəb ola bilər.


AFN.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

“Biz inanırıq ki, Rafaha hücum məsuliyyətsiz olardı. Biz buna qarşı xəbərdarlıq edirik” -deyə Şolz bildirib.

Şolz bu barədə İsrailin baş naziri Benyamin Netanyahuya danışdığını və ABŞ-ın güclü təzyiqinə və sakinlər və humanitar təşkilatların həyəcan təbili çalmasına baxmayaraq, İsrailin son hadisədən bəri 1 milyondan çox insanın sığınacaq tapdığı Rəfahın işğalını davam etdirəcəyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu