Yağ sıçramadan kartof qızartmağın sirləri


Kartof qızartması bir çox yeməklərin yanında yaxşı görsəndiyi kimi, xüsusilə balacaların sevimli yeməyidir, desək, yanılmarıq.


Lakin ilk baxışdan hazırlanması asan görünən bu yeməyin də süfrəyə gələnədək yaşatdığı bəzi çətinliklər var. Bunlarda biri də qızararkən ətrafa yağ sıçramasıdır. Hansı ki, evdar xanımların ən çox əziyyət çəkdiyi məsələdir. Hətta bəzən bu sıçramalardan aşpazlar xəsarət belə ala bilirlər. Odur ki, yağ sıçramadan kartof qızartmağın hiyləsini bilmək pis olmazdı.

Usta aşpazların sirr saxladığı mətbəx məsləhətlərindən biri olan yağ sıçratmadan kartof qızartmağın yollarından birincisi istifadə edəcəyimiz tavanın düzgün seçilməsidir. Belə ki, kartof qızardarkən mümkün qədər dayaz qablardan istifadə etməməyə diqqət etmək lazımdır. Paslanmayan poladdan və ya çuqundan istifadə etmək bu istiqamətdə aşpazların ikinci köməkçisidir. Bundan əlavə, kartof qızardarkən istifadə olunan yağ miqdarı çox olmamalıdır.
Bu məsələdə ən incə nöqtə isə kartof qızardacağımız yağa bir az duz əlavə etməkdir. Yeməyin nəmini çəkən, sonra əlavə etdiyiniz duz yağın sıçramasının qarşısını alacaq. Beləliklə, yağ və suyun qarışması nəticəsində yaranan sıçramanı dəf etmiş olacaqsız.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu