Nebahat Çehre xəstəxanaya yerləşdirildi


“Aşkı Memnu” serialında Firdevs obrazını canlandıran məşhur aktrisa Nebahat Çehre xəstəxanaya yerləşdirilib və ürəyinə stent qoyulub.


Bu barədə Türkiyə mətbuatında məlumat yayılıb. Aktrisanın meneceri Selçuk Kaya sosial media hesabında hazırda onun vəziyyətinin normal olduğunu açıqlayıb: “Dəyərli aktrisamız Nebahat Çehrenin vəziyyəti yaxşıdır. Hazırda öz evində istirahət edir”.

Qeyd edək ki, 80 yaşlı aktrisa 1961-ci ildən bəri bir çox film və seriallarda rol alıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu