Fransada məscidin qarşısındakı 9 avtomobil yanıb

Fransanın şimalındakı Çerburq-en-Kotentin şəhərində məscidin qarşısındakı 9 avtomobil yanıb.
Yerli mətbuatın verdiyi məlumata görə, Kanal Qubernatorluğuna bağlı Şerburq-en-Kotentin şəhərində məscidin qarşısında park edilmiş avtomobillərdən birində başlayan yanğın qısa zamanda ətrafdakı digər 8 avtomobilə də keçib.
20-yə yaxın avtomobilin olduğu ərazidə baş verən yanğın yanğınsöndürmə briqadalarının müdaxiləsi ilə söndürülüb.
Səlahiyyətlilər bildiriblər ki, yanğının səbəbləri ilə bağlı araşdırmalar davam edir.