İngiltərədə immiqrantlara görə 45 nəfər saxlanılıb


İngiltərənin paytaxtı Londonda qaçqınları Dorset sahilində qalacaqları "Bibby Stockholm" gəmisinə aparacaq avtobusun qarşısını almağa çalışan 45 nəfər saxlanılıb.


Southuark polisindən verilən açıqlamada 45 nəfərin əsas yolu bağlamaq, polisə mane olmaq, polisə hücum etmək kimi ittihamlarla nəzarətə alındığı bildirilib. Qeyd olunub ki, daha sonra polis əməkdaşları hadisə yerini tərk edib və yol yenidən açılıb.

Çoxlu sayda nümayişçi qaçqınlar maşına aparılmazdan əvvəl avtobusu mühasirəyə alıb və avtobusun hərəkət etməməsi üçün altına velosipedlər qoyub.

Pekhem bölgəsindəki bir oteldə qalan ən azı səkkiz sığınacaq axtaran şəxsə bir həftə əvvəl bildirilib ki, onlar Dorsetdəki "Bibby Stockholm" gəmisinə yerləşdirilmək üçün bu səhər avtobusla götürüləcəklər.

Bəzi sığınacaq axtaranlar gəmidə qalmaq istəmədiklərini bildirərək, keçən il gəmidə bir immiqrantın ölümü səbəbiylə onları gözləyən şərtlərdən qorxduqlarını bildiriblər.

İngiltərə ölkədəki təxminən 50 min qeyri-qanuni immiqrantı yerləşdirmək üçün immiqrantları hərbi obyektlərdə və barjalarda istifadə olunmayan binalar üzərində inşa edilmiş üzən strukturlarda qəbul etməyə qərar verib.

Ölkədəki otellərdə qonaq edilən immiqrantlar baha başa gəldiyi üçün daşınmasına qərar verilib və bu məqsədlə mühacirləri qəbul edən ilk gəmi olaraq "Bibby Stockholm" gəmisi gündəmə gəlib.

39 nəfərdən ibarət ilk mühacir qrupu 7 avqust 2023-cü il tarixində ölkənin cənubundakı Portlend limanında lövbər salan gəmi ilə gəlməyə başlayıb.

İlkin olaraq 50 qaçqının yerləşdirilməsi planlaşdırılan gəmi içməli su sistemində tapılan legionella bakteriyasına görə avqustun 11-də təxliyyə edilib.

Qeyri-qanuni immiqrantlar suda bakteriyalara görə 4 gün qaldıqdan sonra oradan ayrıldıqları gəmiyə oktyabrın 19-da yerləşdirilməyə başlanılıb.

Bibby Stockholm gəmisinə 18-65 yaş arası kişi qaçqınların yerləşdiriləcəyi açıqlanıb.

Gəmidə qalması planlaşdırılan 500-ə yaxın qeyri-qanuni immiqrantın 18 ay ərzində "Bibby Stokholm"a gətirilməsi, onlardan 2 mindən çoxunun isə Linkolnşir və Esseksdəki iki hava bazasındakı istifadəsiz binalara köçürülməsi planlaşdırılır.

Ölkədəki immiqrantları dəstəkləyən qeyri-hökumət təşkilatları və insan haqları təşkilatları "Bibby Stokholm"u “həbsxana gəmisi” adlandıraraq, sığınacaq axtaranların gəmilərdə yerləşdirilməsinin “qeyri-insani” olduğunu bəyan ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu