ABŞ Polşa və Hollandiyaya qabaqcıl radiasiya əleyhinə idarə olunan raketlər satıb


ABŞ Dövlət Departamenti Polşa və Hollandiyaya qabaqcıl radiasiya əleyhinə idarə olunan raketlərin (AARGM-ER) satışını təsdiqlədiyini açıqlayıb.


Qurumdan verilən açıqlamada, iki Avropa ölkəsi, Polşa və Hollandiyaya genişləndirilmiş radiasiya əleyhinə idarə olunan raketlərin mümkün satışı əsdiqlənib.

Polşa 360 antiradar raketi və 1,2 milyard dollar dəyərində proqram dəstəyi, Hollandiya isə 700 milyon dəyərində 265 raket istəyib.

Bildirilib ki, Avropa ölkələrinin müdafiə imkanlarını artırmaq üçün almaq istədikləri raketlər real müharibə şəraitində istifadə edilmiş AGM-88 HARM anti-radar raketlərinin təkmil versiyasıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu