Rusiya kosmosda silahlanma ilə bağlı qətnaməyə veto qoyub
Rusiya BMT Təhlükəsizlik Şurasında bütün ölkələri kosmosda silahlanma yarışının qarşısını almağa çağıran qətnaməyə veto qoyub.
ABŞ və Yaponiya tərəfindən irəli sürülən qətnamə layihəsi 1967-ci il Kosmos Müqaviləsində artıq təsbit edilmiş prinsipi bir daha təsdiq etməyə çalışırır.
Birləşmiş Ştatlar Rusiyanın kosmosa əsaslanan, peyk əleyhinə nüvə silahları hazırladığına dair xəbərdarlıq edib.
Rusiya hazırkı razılaşmaya “tamamilə sadiq olduğunu” bildirib.
Qətnamə layihəsi bütün dövlətləri, xüsusən də böyük kosmik imkanlara malik olanları kosmosdan dinc məqsədlərlə istifadə və kosmosda silahlanma yarışının qarşısının alınması məqsədinə fəal töhfə verməyə çağırır.
Sənədlə həmçinin ölkələr Kosmos Müqaviləsini dəstəkləməyə çağırır, bu müqaviləyə əsasən, bütün tərəflər “Yer kürəsinin orbitinə nüvə silahı və ya digər kütləvi qırğın silahları daşıyan hər hansı obyekt yerləşdirməmək” barədə razılığa gəliblər.
Şuranın 15 üzvündən 13-ü lehinə, veto hüququna malik 5 daimi üzvdən biri olan Rusiya əleyhinə olub, Çin isə bitərəf qalıb.