Sergey Lavrov: “Rusiya nüvə müharibəsinin yolverilməzliyini təsdiq edən bəyanata sadiqdir”


“Rusiya bu il yanvarın 3-də nüvə silahına malik beş dövlətin liderlərinin nüvə müharibəsinin yolverilməzliyini təsdiq edən bəyanatına sadiq qalır”.


AFN.az “Report”a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Arqumentı i faktı” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, ən yüksək səviyyədə təsdiq edilmiş bu sənədə uyğun olaraq, nüvə silahına malik ölkələr arasında hər hansı silahlı münaqişənin qarşısını almaq lazımdır: “Rusiyanın müəyyən nəticələrlə üzləşəcəyi barədə səs-küylü bəyanatlara gəlincə, bu cür təhdid dili, təbii ki, qəbuledilməzdir. Onlarla bu mövzunu müzakirə etmək fikrində deyilik, çünki bunun faydasızlığı açıq-aydındır”.

Xatırladaq ki, bu il yanvarın 3-də Çin, Rusiya, Böyük Britaniya, ABŞ və Fransa liderləri nüvə müharibəsinin və silahlanma yarışının qarşısının alınması haqqında birgə bəyanat qəbul ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu