Rusiyanın bir sıra regionlarında çayların səviyyəsi təhlükəli həddə çatıb
Novokuznetskdə Tom çayında suyun səviyyəsi 625 sm-ə yüksəlib.
Bu barədə Novokuznetsk şəhərinin meri Sergey Kuznetsov bildirib.
Aprelin 20-si Moskva vaxtı ilə 18.00 olan məlumata görə, suyun səviyyəsi Tom çayında 625 sm (təhlükəyə 5 sm), Kondoma (Kaltan) çayında - 505 sm ( təhlükəyə 125 sm), Tom çayında (Abaşevo) 616 sm (təhlükəyə 14 sm), Aba çayında 20 sm (təhlükəyə 160 sm) yüksəlib.
Tümen vilayətinin İşim şəhərində çayın səviyyəsi son 12 saat ərzində demək olar ki, bir metr artaraq 1006 sm-ə çatıb.
“Kommersant” xəbər verir ki, Orenburq yaxınlığındakı Ural çayında suyun səviyyəsi bir gündə 1017 sm-ə düşüb.