Leonardo di Kaprio Şotlandiyanın təbiətin bərpasında lider kimi tanınmasına çağırır
Amerikalı aktyor Leonardo di Kaprio hakimiyyəti Şotlandiyanı təbiətin bərpasında lider kimi tanımağa çağırıb.
Bu barədə o, öz İnstaqram səhifəsində yazıb.
Di Kaprio təbiətin mühafizəsi strategiyalarının işlənib hazırlanması məqsədi ilə Şotlandiya hökumətini ölkəni dünyanın ilk “yenidən bərpa edən” dövlət kimi tanımağa çağıran 20 təbiət təşkilatının ittifaqı olan Şotlandiya Yenidən Bərpa Alyansına qoşulub. Bu tədbir Şotlandiyanı quru və dənizin 30 faizini bərpa etməyi öhdəsinə götürür.
“Təxminən altı min il əvvəl Şimali Şotlandiyanın çox hissəsi enliyarpaqlı meşələr, kolluqlar və çəmənliklərlə örtülmüşdü. Bugünkü mənzərə keçmişdən tamamilə fərqlidir. O, ciddi şəkildə pozulmuş qoyun otlaqları və yerli olmayan ladin plantasiyaları olan tükənmiş təpələrdən ibarətdir”, - Di Kaprio yazıb.
Aktyor əlavə edib ki, ölkəni bərpa edən adlandırmaq Şotlandiyanı landşaftların və vəhşi təbiətin bərpasında, təmiz hava və su ilə təmin etməkdə, karbonun saxlanmasında, daşqınların azaldılmasında və vətəndaşların həyatının yaxşılaşdırılmasında lider edə bilər.