Dünyanın ən zəngin insanları texnologiya sektorunda fəaliyyət göstərir


Bu il texnologiya şirkətlərinin sahibləri "Forbes" jurnalının dərc etdiyi dünya milyarderləri siyahısına öz damğasını vurdular.


Siyahıya görə, pekan sənayesində fəaliyyət göstərən Fransanın LVMH Holdinqinin baş icraçı direktoru (CEO) Bernard Arno 233 milyard dollarlıq sərvətlə ikinci dəfə dünyanın ən zəngin adamı olaraq siyahıya başçılıq edib.

Əvvəlki illərdə olduğu kimi, texnologiya sektorunda fəaliyyət göstərən iş adamları da siyahıda adından söz etdirməyi bacarıb. Tesla, SpaceX, Neuralink və X (Twitter) kimi dünyaca məşhur texnologiya şirkətlərinin sahibi İlon Mask 195 milyard dollarlıq sərvətlə siyahıda ikinci olub. Keçən il də Mask 180 milyard dollarlıq sərvətlə siyahıda ikinci yeri tutmuşdu.

Üçüncü yerdə Amazon e-ticarət platformasının yaradıcısı Ceff Bezos qərarlaşıb. Xüsusilə Covid-19-un başlaması ilə yüksələn Bezos, epidemiyanın başladığı 2020-ci ildə 113 milyard dollar olan sərvətini bir il sonra 177 milyard dollara çatdırmağı bacardı. 2022-ci ildə 171 milyard dollar sərvətə sahib olan Bezos 2023-cü ildə 114 milyard dollara düşüb. Bezos bu ilki siyahıda yenidən yüksəlib və 194 milyard dollar sərvətə sahib olmağı bacarıb.

WhatsApp, Instagram və Facebook kimi dünyanın ən məşhur sosial media proqramlarına ev sahibliyi edən Meta şirkətinin baş direktoru Mark Zükerberq 2024-cü il siyahısında sərvətlərini ən çox artıran iş adamlarından biri kimi diqqət çəkib.

Ötən ilki siyahıda 64,4 milyard dollar sərvəti ilə 16-cı yerdə olan Zukerberq bu il sərvətini demək olar ki, üç dəfə artıraraq 177 milyard dollarla siyahıda 4-cü yerə yüksəlib.

Oracle-ın qurucusu və baş direktoru Larri Ellison 5-ci, Microsoft-un qurucusu Bill Qeyts 7-ci, Microsoft-un keçmiş baş direktoru Stiv Balmer 8-ci, Google-un həmtəsisçisi Larri Peyc isə 10-cu yerdə qərarlaşıb.

Çin texnoloji şirkətlərinin müdirləri siyahıda ilk 10-luqda yer tapa bilməsə də, TikTok tətbiqinin sahibi ByteDance qurucusu Çang Yiming siyahıya 27-ci yerdə daxil olub.

Yiminq 43,4 milyard dollar sərvətə malikdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu