"Crocus City Hall"ın dağıntıları altından daha 20 cəsəd tapılıb
"Crocus City Hall" konsert zalında dağıntılar altından daha 20 cəsəd tapılıb.
Bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov Telegram-da məlumat verib.
"Hadisə yerində xilasedicilər işləyir. İşlər ən azı daha bir neçə gün davam edəcək”, - deyə rayon rəhbəri bildirib.
"Mash" Telegram kanalının məlumatına görə, ölənlərin əksəriyyəti - təxminən 40 nəfər pilləkənlərdə tapılıb. Bundan başqa, meyitlər binanın texniki otaqlarında və tualetində aşkar edilib.
Bundan əvvəl Rusiya İstintaq Komitəsi martın 22-də axşam saatlarında baş verən Krokusda törədilən terror aktı nəticəsində 115 nəfərin öldüyünü bildirmişdi.