Keyt Middlton xərçəng xəstəliyindən müalicə olunduğunu açıqlayıb
adəsi Uilyamın həyat yoldaşı şahzadə Keyt Middlton xərçəng xəstəliyinə tutulduğunu və profilaktik kimyaterapiyadan keçdiyini açıqlayıb.
Uels şahzadəsi Uilyam və şahzadə Keyt Middleton X hesabında paylaşdıqları videoda sağlamlıq vəziyyətini şəxsən izah ediblər.
Uels şahzadəsi yanvar ayında keçirdiyi qarın əməliyyatının uğurlu olduğunu və vəziyyətinin ilkin olaraq xərçəng olmadığını düşündüyünü söyləyib.
Şəhzadə əməliyyatdan sonra edilən testlərdə xərçəng olduğunun aydın olduğunu ifadə edərək, "Əlbəttə ki, bu, böyük bir şok idi, William və mən gənc ailəmizin xatirinə bunu şəxsən nəzərdə saxlamaq üçün əlimizdən gələni edirik” bildirib.
Uels şahzadəsi həkimlərin ona profilaktik kimyaterapiya almağı tövsiyə etdiyini və hazırda bu müalicənin ilkin mərhələsində olduğunu bildirib.
Şahzadə Keyt müalicəsinə başlamalı olduğu ağır əməliyyatdan sonra sağalması üçün vaxt lazım olduğunu bildib.
A message from Catherine, The Princess of Wales pic.twitter.com/5LQT1qGarK
— The Prince and Princess of Wales (@KensingtonRoyal) March 22, 2024