Nigeriyada bir həftə ərzində Lassa qızdırmasından 20 nəfər ölüb


Nigeriyada Lassa qızdırmasından bir həftə ərzində 20 nəfər ölüb.



Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin verdiyi açıqlamada, Lassa qızdırması epidemiyasının 25 fevral-3 mart tarixləri arasında ölkənin 16 əyalətinə yayıldığı bildirilib.

Açıqlamada bu müddət ərzində 109 yoluxmanın aşkar edildiyi, 20 nəfərin öldüyü bildirilib.

Ötən il ölkədə 1170 Lassa qızdırması aşkarlanıb, 219 nəfər ölüb.

Qeyd edək ki, Nigeriya hökuməti 2023-cü ilin fevralında Lassa qızdırmasının yayılması ilə əlaqədar "fövqəladə vəziyyət" elan edib.

Lassa qızdırması ilk dəfə Nigeriyada 1969-cu ildə ölkənin şimal-şərqindəki Borno əyalətində yaranıb.

Siçan nəcisi ilə təmas nəticəsində yaranan xəstəlik insandan insana keçə bilər və ölümcül hemorragik qızdırmaya səbəb olur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu