Rioda hiss olunan temperatur 62 dərəcəni keçib


Braziliyanın Rio-de-Janeyro şəhəri bir neçə gündür bütün Latın Amerikasını əhatə edən isti hava dalğası altında boğulur.



Şəhərin bələdiyyə xəbərdarlıq sistemi istilik indeksinə görə, şənbə səhəri hiss olunan temperaturun şəhərin qərbindəki Quaratiba rayonunda bir gün əvvəl 60 ° C həddinin keçdiyi, tempraturun 62,3 ° C olduğunu açıqlayıb.

Bu temperatur 2014-cü ildən bu cür istilik indeksinin ölçülməsinə başlandıqdan sonra yeni rekord kimi qeydə alınıb. İstilik indeksi rütubətlə birlikdə qəbul edilən temperaturu ölçür.

Bitki örtüyünün bolluğu ilə imtiyazlı olmasına baxmayaraq, şəhərin cənubundakı Nəbatat Bağları yaşayış massivi də bu həftə sonu istidən təsirlənib, bazar günü faktiki temperatur 42°C, istilik indeksi temperaturu isə 57.7°C-ə çatıb.

Temperaturun bu qədər yüksək olması ilə bir çox insan İpanema və Kopakabana çimərliklərinə axışıb və ya Rionun yaşıl ciyəri olan Tijuca parkına sığınıb.

Cənubi Amerikanın ən böyük şəhəri olan Sao Pauloda şənbə həm də ilin ən isti günü olub, termometr 34,7°C-ə yüksəlib.

Bu, Braziliya Milli Meteorologiya İnstitutunun 1943-cü ildə onu ölçməyə başlamasından bəri mart ayında ən yüksək temperatur olub.

Mənbə:Ajans Bizim



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu