Qrant Şapps Odessaya səfərini ləğv etdi
Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps Ukraynaya səfəri zamanı Odessaya səfərini ləğv edib.
Bu barədə martın 17-də “The Times” qəzeti yazıb.
Nəşrin məlumatına görə, Şapps martın əvvəlində Ukraynaya səfər edib. Kəşfiyyat məlumatlarına görə, Rusiya tərəfinin nazirin hərəkətlərindən xəbəri var və bu səbəbdən Odessa səfəri ləğv edilməli olub.