Britaniya İsrailin hərbi əməliyyatlar aparmaq hüququnun olduğunu bəyan edib
Britaniyanın müdafiə naziri Qrant Şapps İsrailin Fələstinin Həmas hərəkatına hücum etmək hüququna malik olduğunu bildirib.
AFN.az xəbər verir ki, o, bu barədə "Sky News"a müsahibəsində deyib.
Departament rəhbəri qeyd edib ki, İsrail tərəfinin hərbi əməliyyatları dayandırması çağırışları HƏMAS-ın hücumuna cavab olduğu üçün qəbuledilməzdir. "Onların bu terrorçuları təqib etmək hüququ var" - deyə britaniyalı nazir qeyd edib. Eyni zamanda, Şapps hücumların müvəqqəti dayandırılmasının beynəlxalq humanitar vəziyyətin dəyişməsinə töhfə verəcəyini etiraf edib.