Heydər Əliyevin 100 illiyinə həsr olunmuş layihə başa çatıb


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümünə həsr olunmuş “Azərbaycan mənim ürəyimdir” adlı layihə başa çatıb.


"IMSI" İnternat Məzunlarının Sosial İnteqrasoyası GİB-nin Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation maliyyə dəstəyi ilə həyata keçirdiyi layihə çərçivəsində internat məktəblərindən məzun olmağa hazırlaşan gənclər üçün Şamaxı rayonunda qış düşərgəsi təşkil olunub.

Düşərgədə gənclərə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunun qorunması və hərtərəfli inkişafı naminə göstərdiyi misilsiz xidmətləri haqqında, onun layiqli siyasi varisi, bölgədə yeni geosiyasi reallıqlar yaradan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər barəsində ətraflı məlumat verilib. Eyni zamanda vətənpərvərlik, sağlam həyat tərzi, zərərli vərdişlər mövzusu ilə yanaşı dövrün tələbi olan “Rəqəmsal Toxunuş” mövzularında seminarlar keçirilib.
Bununla yanaşı, gənclərimizin sosiallaşmasına dəstək məqsədilə 743-cü ildə inşa edilən Şamaxı cümə məscidi, Şah Xəndan türbəsi, Seyid Əzim Şirvaninin məzarı və Şamaxı Tarix-Diyarşünaslıq muzeyinə maarifləndirici ekskursiyalar təşkil edərək onlara Şamaxının tarixi ilə bağlı geniş məlumat verilib.


















AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu