Taylandda 1 ildə 10,5 milyon insan havanın çirklənməsi səbəbindən xəstələnib


Taylandda havanın çirklənməsi ilə bağlı xəstəliklərin sayının 2023-cü ildə 10,5 milyon olduğu açıqlanıb.



Taylandın Milli İqtisadi və Sosial İnkişaf Şurası (NESDC) 2023-cü ilin 4-cü rübü üçün ümumi sosial inkişaf hesabatında təkcə 2023-cü ildə 10,5 milyon insanın havanın çirklənməsi ilə bağlı xəstəliklərdən əziyyət çəkdiyini açıqlayıb.

2022-ci ildə 79 min 374 olan qripə yoluxma sayı, pandemiyanın bitdiyi 2023-cü ildə 478 min 175 olaraq qeyd edildi.

NESDC-nin məlumatına görə, 2023-cü ilin dördüncü rübündə müşahidə olunan xəstəliklərlə bağlı hallar 170,0 faiz artıb. Bu artım əsasən hava şəraitinin sürətli dəyişməsi və əvvəlki rübdə davam edən pandemiya səbəbindən ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 dəfə artmış qrip xəstələrinin sayı ilə bağlı olub. 2022-ci illə müqayisədə 2023-cü ildə müşahidə olunan xəstəliklər 116,7 faiz artıb.

Dünya Bankının 2021-ci il məlumatlarına görə, ölkə əhalisi 71,6 milyon nəfərdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu