Rəsulzadənin məzarı ilə bağlı abadlaşdırılma işlərindən - FOTOLAR


Məhəmməd Əmin Rəsulzadənin məzarının abadlaşdırılması başa çatır.


AFN.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin Ankara şəhərindəki Cəbəci Əsri məzarlığında yerləşən məzarının abadlaşdırılması yekunlaşır.

Abadlaşdırılma işləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölkənin Türkiyə Respublikasındakı səfirliyi tərəfindən Türkiyənin müvafiq dövlət qurumları ilə koordinasiyalı şəkildə həyata keçirilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycanın Türkiyədəki səfirliyi görkəmli ictimai-siyasi xadimin Ankara şəhərindəki Cəbəci Əsri məzarlığında yerləşən məzarının abadlaşdırılmasına başlandığını açıqlamışdı. Türkiyənin müvafiq dövlət qurumları ilə koordinasiyalı şəkildə həyata keçirilən abadlaşdırma işlərinin M.Ə.Rəsulzadənin vəfat ildönümü olan 6 mart tarixinə qədər yekunlaşdırılması nəzərdə tutulurdu.












AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu