Korsika Fransadan müstəqillik istəyir
Fransanın Korsika adasında müstəqillik tələbi ilə qurulan Nazione Partiyası Makron administrasiyasının təzyiqi ilə üzləşib. 2 partiya üzvünün həbs edilərək Parisə göndərilməsi adada sərt reaksiyaya səbəb olub.
Bu qəzəblə üzləşməkdən qorxan Fransa daxili işlər naziri Darmanin Korsika səfərini təxirə salıb.
350 min əhalisi olan Fransa adasında müstəqillik tələb edən Nazione Partiyası qurulduqdan 48 saat sonra Makron administrasiyasının maneələri ilə üzləşib.
Terrorçuluqda ittiham edilərək həbs edilən partiya üzvləri Anto Simoni və Nikolas Pinzutti hələ də Parisdə həbsdədirlər.
Mənbə: Haberglobal.com.tr