Evertonun 10 xal silmə cəzası 6 xala endirildi


İngiltərə Premyer Liqa komandası Everton maliyyə dayanıqlığı qaydalarını pozduğuna görə 10 xal silmə cəzasının 6 xala endirildiyini açıqlayıb.


2023-cü ilin noyabrında İngiltərə təmsilçisi "Everton"a tətbiq edilən 10 xal silmə cəzası 6 xala endirilib. London komandasının verdiyi açıqlamada qeyd olunub ki, etirazdan sonra Apellyasiya Şurası Müstəqil Premyer Liqa Komissiyasının noyabr ayında tətbiq etdiyi xal endiriminin dərhal qüvvəyə minməklə 10 xaldan 6 xala endiriləcəyi qənaətinə gəlib.

Everton 2021-2022 mövsümündə maliyyə dayanıqlığı qaydalarını pozduğuna görə cərimələnib.

Böyük Britaniya təmsilçisi cəza qərarının azaldılmasından sonra 25 xalla liqada 15-ci pillədə qərarlaşıb.

Mənbə: İHA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu