Mexiko şəhəri tarixin ən böyük su böhranı ilə üzləşib


Meksikanın paytaxtı Mexiko şəhəri tarixin ən böyük su böhranı ilə üzləşib. Yerli rəsmilərin proqnozlarına görə, iyunun sonunda Meksika paytaxtında su qıtlığı bilər.



Bu barədə fevralın 25-də CNN məlumat yayıb.

Materialda qeyd olunur ki, yerli su anbarlarında suyun səviyyəsi aşağı səviyyəyə çatıb. İllərdir davam edən anomal yüksək temperatur və az yağıntının, eləcə də infrastruktur problemlərinin su qıtlığına səbəb olduğu vurğulanıb.

Demoqrafik vəziyyət də çatışmazlığın səbəbləri ilə əlaqələndirilib. Metropolun əhalisi sürətlə artmaqda davam edir və su təchizatı sistemi düzgün inkişaf etməyə vaxt tapmır.

Mümkün böhranla əlaqədar olaraq, hakimiyyət su anbarlarından vurulan suya ciddi məhdudiyyətlər qoyub, həmçinin onun əhaliyə verilməsini 25% azaldıb. Nəticədə Mexiko şəhərinin bir çox sakini aylarla normal su təchizatı olmadan yaşamağa və bir neçə gündə bir-iki saat verilən nazik su axını ilə kifayətlənməyə məcbur olub. Üstəlik, insanlar bir maşın üçün 100 dollardan çox pul ödəməyə məcbur olublar.

Qeyd olunur ki, Meksikada yağışlı mövsüm dörd aydan sonra gözlənilir və yerli ekspertlər bunun daha tez başa çata biləcəyini düşünürlər. Təklif olunan həll yollarından biri çirkab suların təmizlənməsinin keyfiyyətinin yaxşılaşdırılması və çayların bərpası üçün tədbirlərin görülməsidir.

Xatırladaq ki, fevralın 16-da Bloomberg agentliyi bildirib ki, Meksikada və ABŞ-ın Luiziana ştatında quraqlıq son vaxtlar ABŞ bazarında şəkər tədarükünün azalmasına səbəb olub. Şəkər qıtlığı şirniyyat istehsalçılarını tariflərə görə onu yüksək qiymətlə idxal etməyə məcbur edib və Amerika qənnadı məmulatlarının qiymətləri son bir ildə orta hesabla 13%-dən çox artıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu