Xeyli ölkədə hətta məktəbəqədər təhsildə dəyərlərlə bağlı ayrıca tədris proqramı var - EKSPERT


156 saylı məktəbin şagirdinin etdiyi hərəkətlə bağlı müzakirələr davam edir. Sosial şəbəkələrdə, mediada mütəxəssislər yaranmış vəziyyətin səbəbi kimi müxtəlif versiyalar səsləndirirlər. Ən çox üzərində dayanılan və dayanılmalı olan məqam isə təhsillə bağlıdır.


AFN.az xəbər verir ki, iqtisadçı eksert Rövşən Ağayev problemin kökündə təhsilin dayandığını qeyd edib: "Bütün uşaqlar bərabər şərtlərdə dünyaya gəlmirlər. Kimisinin valideyni təhsilli, dünyagörüşlü, kimininki oxumamış, aşağı təhsilli, cahil ola bilir. Kimisinin valideyni dürüst və vicdanlı, kiminiki saxtakar, fırıldaqçı, korrupsioner olur. Kimisinin valideyni qatı cinayətkar, kiminiki ən xırda qanun-qayda pozuntusundan belə uzaq biri olur.
Kimisi kənddə doğulur, kimisi şəhərdə. Kimisi zəngin ailədə doğulur, kimisi yoxsul. Amma idarəçiliyin borcu hər kəs üçün fürsət bərabərliyi yaratmaqdır. Bəzilərinin düşündüyünün əksinə, "fürsət bərabərliyi" yalnız yaxşı iş və pul qazanmaq üçün bərabər imkanların yaradılması deyil. Billik əldə etmədə, toplum dəyərlərinin qazanılmasında bütün uşaqlara bərabər şərtlər təmin edilməlidir.
Təhsil mütəxəsissləri çox yaxşı bilir, bu gün xeyli ölkədə nəinki orta məktəblərdə, hətta məktəbəqədər təhsildə dəyərlərlə bağlı ayrıca tədris proqramı var. Bu proqram uşaqlarda empati və tolerantlıq, zorakılığın yolverilməzliyi, başqalarına və özünəhörmət, çevrəyə həssaslıq kimi duyğuların, zəruri biliklərin formalaşdırılmasını təmin edir. Bəzi ölkələrdə hətta bullinqlə bağlı ayrıca qanunlar, normativ sənədlər qəbul edilib. Bir də unutmayaq ki, valideynlər, ailələr göydən zənbillə yerə enmirlər. İndiki valideynlər təhsil sisteminin 10-15 il əvvəlki meyvələridirlər".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu