Myanmada kişilər və qadınlar üçün məcburi hərbi xidmət


Myanmadakı hərbi hökumət ölkədəki gənc kişi və qadınların ən azı 2 il məcburi hərbi xidmət keçəcəyini açıqlayıb.


"BBC news" xəbər verir ki, Myanmadakı hərbi administrasiya bu ölkədə məcburi hərbi xidmət təcrübəsi ilə bağlı açıqlama verib.

Açıqlamada 18-35 yaş arası kişilərin və 18-27 yaş arası qadınların ən azı 2 il hərbi xidmət keçməsinin tələb olunduğu bildirilib.

Bəyanatda fövqəladə hallarda hərbi xidmət müddətinin 5 ilə qədər uzadıla biləcəyi, bu təcrübəyə qarşı çıxanların isə 5 il müddətinə azadlıqdan məhrum ediləcəyi qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu