Ermənistanda qadınlar orduda xidmət edə biləcəklər
AFN.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu haqda ölkənin müdafiə naziri Suren Papikyan məlumat verib. Papikyan qeyd edib ki, qadınların könüllü hərbi xidmətə gedə biləcəyinə dair layihə idarələrarası müzakirədədir.
Bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirmişdi ki, qadınlar üçün könüllü hərbi xidmət imkanı yaradıla bilər.